Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 12:42:00
MİQ-in nəticələri LƏĞV edilməli,proses DİM-ə verilməlidir-TƏKLİF

“MİQ-də elə suallar tərtib olunur ki, bu, insanda qıcıq yaradır”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.

 

 

Belə ki, son günlər MİQ-in test mərhələsində riyaziyyat fənni üzrə 3 sualın öncədən sızdırılması təhsil ictimaiyyətinin əsas müzakirə mövzusudur.

 

 

Həmin məsələ MİQ-in yenidən təşkilini gündəmə gətirib.

 

 

Nabatəli Qulamoğlu prosesin DİM tərəfindən həyata keçirilməsinin tərəfdarıdır:

 

 

“İşəgötürənlər özləri imtahan prosesini təşkil etməlidir. Müşahidə edirəm ki, Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbulu müsabiqəsini həyata keçirə bilmir. Ona görə də bu proses başqa quruma həvalə edilməlidir. Dövlət İmtahan Mərkəzinin bu sahədə kifayət qədər təcrübəsi var. Onun çoxillik praktikasında yalnız bir dəfə olub ki,  imtahan sualları kənara sızdırılsın. Bu məsələ ilə bağlı da çox ciddi həbslər yaşanıb. Amma artıq ikinci ildir ki, Təhsil Nazirliyi tərəfindən  səhvlərə yol verilir. Bu, o deməkdir ki, həmin qurum MİQ müsabiqəsinin öhtəsindən gələ bilmir. Buna başqa ad vermək olmaz.

 

 

İmtahan sualları ilə tanış oldum.Yalnız riyaziyyat fənni deyil, Azərbaycan dili üzrə olan test tapşırıqlarında da müəyyən çatışmazlıqlar özünü göstərməkdədir. Özüm də monotorinq apardım. Eyni zamanda ən çox problem riyaziyyat fənni üzrədir. Hesab edirəm ki, imtahanın nəticələri ləğv edilməli və  proses DİM-ə verilməlidir. Görünür ki, Təhsil Nazirliyi  bu işin öhtəsindən gələ bilmir. Öncəki illərdə də MİQ sualları ilə tanış olmuş və vaxtı ilə  də imtahan vermişəm. Elə suallar tərtib olunur ki, doğurdan da insanda qıcıq yaradır. Söz yox ki, biz DİM-i də tənqid edirik, onun da sualları bəzən aydan arı, sudan duru olmur. Lakin hər halda  ciddilik nöqteyindən, sui-istifadə hallarının qarşısının alınması baxımından  DİM klassik məktəbdir. Ona görə də sualların DİM-ə verilməsi doğru olardı. Həmçinin, imtahanın nəticələri birmənalı olaraq ləğv edilməlidir”.

 

 

O, imtahanların DİM-ə veriləcəyi təqdirdə nə kimi addımların atılmasının vacibliyini vurğulayıb:

 

 

“Dövlət İmtahan Mərkəzində kifayət qədər mütəxəssislər var. O, ən savadlı müəllimləri prosesə cəlb edib. Təbii ki, öz işinin öhtəsindən gələ bilməyən tək-tük insanlar olur. Lakin onları çoxu işdən kənarlaşdırılıb. MİQ-in test tapşırıqları ilə tanış olarkən onları qəbul imtahanına düşən suallarla müqayisə etdim. Qəbul prosesi zamanı daha ciddi suallar ünvanlanır, Lakin MİQ-də bu, bir qədər daha yüngüldür, ona görə də nəticəsi yaxşı olan namizədləri işə qəbul etmək olar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları