Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 13:48:00
Bağçalara qəbulda VACİB məqamlar-Valideynlərin DİQQƏTİNƏ

Valideynlərin uzun zamandır, gözlədiyi gün gəlib çatdı.

 

Belə ki, 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir.

 

Lakin bağçalarla bağlı bir çox sual hələ də valideynlər üçün qaranlıq qalıb.

 

AzEdu.az məktəbəqədər təhsil müəssisələri üçün vacib olan və cavabı axtarılan sualları təqdim edir.

 

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək:

 

Valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

 

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim edilməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

 

Bağçalara qəbulda bəzi uşaqlara üstünlük veriləcək:

 

Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bəzi kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

 

Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;

 

Tək işləyən valideynlərin övladları;

 

I və II qrup əlillərin övladları;

 

Hərbi xidmətdə olan valideynlərin övladları;

 

Təhsilalan anaların övladları;

 

Çoxuşaqlı ailələrdən olan uşaqlar;

 

Qəyyumluqda olan uşaqlar.

 

Bağçaya qeydiyyatda  tələb olunan sənədlər açıqlanıb:

 

Valideyn (qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün bu sənədləri təhsil müəssisəsinə təqdim etməlidir:

 

Şəxsi kabinetdən çap olunmuş elektron ərizə;

 

Valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;

 

Uşaqların mübadilə vərəqəsi;

 

Onun şəxsiyyət vəsiqəsinin surəti;

 

Uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;

 

Sağlamlıq vəziyyəti barədə tibbi arayış.

 

Bəzi hallarda uşaq hansı  bağçaya qəbul olunmayacaq:

 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaya bilər.

 

Bağçaya qəbulda problem yaşayanlar bu ünvanlara müraciət edə biləcək:

 

Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;

 

5 saylı Bakı “ASAN xidmət” mərkəzinə;

 

7 saylı Bakı “ASAN xidmət” mərkəzinə;

 

Proqramın əlaqə bölməsinə.

 

Sual (məlumat) xarakterli müraciətləri Təhsil Nazirliyinin rəsmi “Whatsapp” (994512067848) xidmətinə yazmaqla və ya Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı (146-1); ümumi qeydiyyat məsələləri ilə bağlı Çağrı Mərkəzinə (146- 6) zəng etməklə;

 

Elektron (yazılı) müraciətləri (təklif, ərizə, şikayət) PORTAL.EDU.AZ platformasında qeydiyyatdan keçərək “Vətəndaş müraciətləri” bölməsindən şəxsi kabinet vasitəsilə Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməklə; 

 

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla.

 

Valideyn 3 bağçanı seçərək növbəyə yazıla bilər:

 

Elektron qeydiyyat zamanı valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Uşaqların bağçalara qəbulu üçün ödəniş tələb olunmur:


Bağçalara uşaqların qeydiyyatı zamanı elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.

 

 Bağçalara qəbulda müsahibə mərhələsi olmayacaq:

 

Uşaqların məktəbəqədər təhsil müəssisələrində müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılmayacaq.

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları