Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 14:18:00
CRENG layihəsinin yekun toplantısı keçirilib-FOTO

“Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsinin yekun toplantısı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Varşava Texnologiya Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən toplantıda Azərbaycan, Ukrayna və Türkmənistanı təmsil edən universitetlərin nümayəndələri iştirak edib. Tərəfdaş universitetlərdən olan Azərbaycan Texniki Universitetində (AzTU) CRENG layihəsi üzrə görülən işlərin nəticələri və layihənin faydaları geniş təqdimatla iştirakçıların diqqətinə çatdırılıb.

 

Bildirilib ki, “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” üzrə Avropa tərəfdaşlarının bələdçiliyi ilə yeni məzmun hazırlanıb, magistr ixtisaslaşması açılıbvə dəsrlərin tələbə yönümlü təşkil olunması üçün metodoloji vasitələr işlənilib.

 

Daha sonra universitetdə kompüter avadanlığı və proqram təminatı ilə təchiz olunan laboratoriya və bilik mərkəzi qurularaq tələbə və müəllim heyətinin istifadəsinə verilib. Hazırda laboratoriya və bilik mərkəzinin imkanlarından AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda müxtəlif layihələrin işlənilməsində istifadə olunur.

 

Bundan başqa, yeni magistr ixtisaslaşması üzrə tədrisə cəlb olunan 9 müəllim təlimlərdə iştirak edib. Layihədən əldə olunan təcrübə əsasında universitetdə nəqliyyat sahəsinə aid digər tədris proqramlarına dəyişiklik edilərək layihələrin idarəolunması və nəqliyyatda riskin idarəolunması üzrə fənlər əlavə edilib.