Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 11:47:00
Bağçaya qəbulda problem yaşayanlar BU ÜNVANLARA müraciət edin

 

 

18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir. Proses 14 sentyabr tarixinədək davam edəcək.

 

Belə ki, bir çox valideynlərdə məktəbəqədər təhsil müəssisələrinə qəbulla əlaqədar müxtəlif suallar yaranır.

 

Belə olduqda həmin şəxslər bəzi ünvanlara müraciət edərək problemlərini həll edə bilərlər.

 

AzEdu.az həmin ünvanları təqdim edir:

 

1.Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;

 

2.5 saylı Bakı “ASAN xidmət” mərkəzinə;

 

3.7 saylı Bakı “ASAN xidmət” mərkəzinə;

 

4.Proqramın əlaqə bölməsinə.

 

5.Sual (məlumat) xarakterli müraciətləri Təhsil Nazirliyinin rəsmi “Whatsapp” (994512067848) xidmətinə yazmaqla və ya Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı (146-1); ümumi qeydiyyat məsələləri ilə bağlı Çağrı Mərkəzinə (146- 6) zəng etməklə;

 

6.Elektron (yazılı) müraciətləri (təklif, ərizə, şikayət) PORTAL.EDU.AZ platformasında qeydiyyatdan keçərək “Vətəndaş müraciətləri” bölməsindən şəxsi kabinet vasitəsilə Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməklə; 

 

7.Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları