Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 11:11:00
Bağçaya qeydiyyatda  BU SƏNƏDLƏR tələb olunacaq

 

 

18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir. Proses 14 sentyabr tarixinədək davam edəcək.

 

Valideynləri maraqlandıran əsas məsələlərdən biri də bağçalara qəbulda hansı sənədlərin tələb olunacağı ilə bağlıdır.

 

AzEdu.az xəbər verir ki, valideyn (qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün aşağıdakı sənədləri məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir:

 

1.Şəxsi kabinetdən çap olunmuş elektron ərizə;

 

  1. Valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;

 

  1. Uşaqların mübadilə vərəqəsi;

 

  1. Uşağın şəxsiyyət vəsiqəsinin surəti;

 

  1. Uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;

 

  1. Uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.
Şükufə Süleymanlı
Müəllifin digər yazıları