Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 09:13:00
BMU-nun komandası “Enactus-2022” Azərbaycan Milli Yarışında finala vəsiqə qazanıb  

Bakı Mühəndislik Universitetinin (BMU) “Enactus BMU” komandası “Enactus-2022” Azərbaycan Milli Yarışında III liqada “HyrdoGel” adlı layihəsi ilə yarımfinalda iştirak edərək qalib adına layiq görülüb və finala 6 komandadan biri kimi vəsiqə qazanıb.

 

AzEdu.az xəbər verir ki, özügedən “HydroGel” layihənin məqsədi su itkisinin qarşısını almaq və suyu qorumaqdır. Layihənin əsasında duran SAP (Super Absorbent Polymer) istehsalı ölkəmizdəki aqrar sahəyə çox faydalıdır. SAP-dan istifadə su ilə yanaşı, fermerlərin əkin və suvarma zamanına qənaət imkanı yaradır. Bu maddə bitkilərin uzun müddət suvarılmamısına, yaşıllıq müddətinin və çiçəklənmə dövrünün uzadılmasına səbəb olan quraqlıq və solma riskini azalda bilir.

 

"HydroGel" layihəsində “Enactus BMU” komandası olaraq, univerisitetin Pedaqoji fakültəsinin tələbələri Nərmin Daşdiyeva, Gülçin Seyidova, Sənəm İmanova; Mühəndislik fakültəsinin tələbələri Əli Ağakişiyev, Şahin Mürsəlov, Vahid Ağayev, Rüfət Məmmədov, Natavan Paşazadə, Nərmin Ələsova, Səkinə Məhərrəmova; İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri Raya Həmidli və Zərif Nəcəfli iştirak edir. Layihənin biznes işləri üzrə mentoru BMU Texnoparkın baş mütəxəssisi Arif Nəcimov, elmi-tədqiqat işləri üzrə mentorları Kimya mühəndisliyi kafedrasının dosenti Rəvan Rəhimov və Kimya-biologiya kafedrasının müəllimi Nərmin İsmayilovadır.

 

“Enactus Azerbaijan” yarışının final mərhələsi 18 iyul 2022-ci il tarixində Bakı Konqres Mərkəzində təşkil olunacaq. “Enactus Azerbaijan” və tələbə komandaları haqqında ətraflı məlumat əldə etmək üçün link: www.enactus.az

 

Qeyd edək ki, sözügedən yarış Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və Enactus Azərbaycanın birgə təşkilatçılığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilir.