Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-16 14:41:00
Daşkənd Dövlət Nəqliyyat Universitetinin əməkdaşları AzTU-da səfərdədir-FOTO

Daşkənd Dövlət Nəqliyyat Universitetinin (DDNU) əməkdaşları Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin professor-müəllim heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. Qonaqları salamlayan rektor Vilayət Vəliyev ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana tarixi səfərini xatırladıb. Bilirib ki, tarixi köklərə bağlı olan Azərbaycan və Özbəkistan əlaqələri Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra daha da möhkəmlənib və əməkdaşlığın inkişafında yeni hədəflər müəyyən olunub. Rektor deyib ki, Özbəkistan nümayəndələrinin AzTU-ya səfərinin məqsədi müasir proqram təminatınının köməyilə şəhərlərin baş planının və şəhərdaxili hərəkətlilik (mobillik) planının hazırlanması, o cümlədən elektromobillərin layihələndirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaqdır.

 

Daha sonra DDNU-nun əməkdaşları Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev təmsil etdikləri ali təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış ediblər. Onlar Özbəkistan hökümətinə təqdim etdikləri Səmərqənd şəhərinin mobillik planı, həmçinin digər tədqiqat işləri ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Qeyd edək ki, Özbəkistan nümayəndələrinin AzTU-ya səfəri davam edir.