Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-16 13:58:00
“Yüksəliş” müsabiqəsinin final mərhələsinə 116 nəfər keçib

İyulun 15-də "Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib. Müsabiqənin final mərhələsinə 116 nəfər keçib. Həmin namizədlərdən 80 faizi Bakıdan, 20 faizi isə regionlardan qatılanlardır.

AzEdu.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, finala keçən iştirakçılardan 17 nəfəri qadındır:

 

“Namizədlərin təxminən 60 faizi özəl, 40 faizi isə dövlət sektorunun nümayəndələridir”.
“Hər bir iştirakçı ilə bağlı onun psixoloji portreti də hazırlanacaq və müsabiqə çərçivəsində onun özünə təqdim ediləcək”, - deyə F.Hacıyev bildirib.