Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 14:32:00
"İmtahan müddəti azdır, hər kəs narazıdır"-MİQ-in Respublika  rekordçusu

15 iyul tarixində Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günü təşkil edilib.

 

 

Bu gün Azərbaycan dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahanın birinci seansında ən yüksək bal olan 96.25-i Həcər Babayeva toplayıb.

 

 

O, təəssüratlarını AzEdu.az-la bölüşüb:

 

 

“2011-2015-ci illərdə Bakı Slavyan Universitetində təhsil almışam. Ötən il Müəllimlərin İşə Qəbulu müsabiqəsində  iştirak edərək 51  bal topladım.  Proses çətin zamana düşdüyü üçün  nəticəmdən razı deyildim. Ona görə də bu il çox əzmlə çalışdım, yenidən bəxtimi sınamaq istədim. Düşünürəm ki, çox yaxşı nəticə alındı”.

 

 

O, imtahana necə hazırlaşmağından söz açdı:

 

 

“Müntəzəm olaraq test işləyirdim, ədəbiyyatı oxuyurdum. Onun hər nöqtə-vergülünə kimi  əzbərləyirdim. Testi sürətlə yazmağın ən rahat yolu çoxlu sual işləməkdi. Bir saata demək olar ki, bütün testləri cavablandırmışdım.

 

 

Kurikulumdan etdiyim səhvlərə görə  balım aşağı oldu. Əvvəllər də bu sistem olsaydı,  digər namizədlər də yaxşı nəticə göstərərdi. Lakin o zaman bu qərar verilməmişdi.

 

 

Kurikulumdan 3 suala səhv cavab verdim, lakin onlardan biri müqayisəli məqamı özündə əks etdirirdi. Ona görə də apelyasiya şikayəti edəcəyik, böyük ehtimal ki, suallara baxılacaq. Çünki hər kəsin narazılığı var. O qədər həyəcanlı idim ki, digər səhvlərimə baxa bilmədim”.

 

 

Müdavim hansı məktəbi seçəcəyindən danışıb:

 

 

“Hazırda Sabunçu rayonunda yaşayıram, böyük ehtimal  ki, bu ərazidə olan məktəblərin birini seçəcəm. Əvvəl də müqavilə ilə çalışdığım məktəb də bu ünvanda olub. Buraya 51 balla qəbul olunmuşdum”.

 

 

Həcər Babayeva  hansı məktəbi seçəcəyindən bəhs edib:

 

 

“Müəllim namizədlərə tövsiyəm odur ki, sualı diqqətlə oxusunlar, çoxu bunu etmir deyə  səhvə yol verirlər. Onlar sualı axıra kimi oxumurlar, ona görə də problem yaşanır. Bəzi şəxslər suallardan şikayət etdilər, lakin  düşünürəm ki, insanları düşündürən çox suallar var idi. Vaxtımız getsə də, suallardan insan yorulmurdu. Sadəcə diqqətli olsunlar, testləri düzgün oxusunlar.

 

 

 

Filoloq olaraq vaxtdan şikayət etmirəm, lakin riyaziyyat və dəqiq elmlər üçün bu qədər vaxtın az olduğunu düşünürəm. Bizə 2 saat çox rahat bəs edir. Amma görünür ki, digərlərinə kifayət deyil”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları