Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 12:18:00
Sertifikasiya prosesinə aid görüş keçirilib

İyulun 14-də Xızı rayonunda direktor, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

 


AzEdu.az xəbər verir ki, görüşdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təqdimatla çıxış edib.

 


Daha sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Oktay Abdullayev görüşün mahiyyəti barədə danışıb. 

 


Görüşdə iştirak edən Təhsil İnstitutunun ibtidai təhsil üzrə təlimçisi Vəfa Məmmədovada öz növbəsində sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, çərçivə sənədi və ibtidai təhsil üzrə nümunə test tapşırıqlarını izah edib.

 


Görüşdə Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb.


Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.