Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-17 12:16:00
Naxçıvanda sertifikasiyadan keçən müəllim-“Mütləq kursa getsinlər”  

 

 

 

Hazırda müəllimləri maraqlandıran əsas məsələlərdən biri sertifikasiya prosesinin həyata keçirilməsi ilə bağlıdır.

 

 

Naxçıvan Muxtar Respublikasında isə sertifikasiya prosesi baş tutub.

 

 

Belə ki, Bakı və digər ərazilərdə yaşayan müəllimlər  burada prosesin necə keçdiyi ilə maraqlanır və təcrübələri öyrənmək istəyirlər.

 

 

 

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərəkənd kənd tam orta məktəbinin riyaziyyat  müəllimi Firuzə Qasımova serifikasiya müsabiqəsinin test imtahan mərhələsindən 60 bal üzərindən 58  toplayıb.

 

AzEdu.az-a danışan müəllim qeyd edib ki, sertifikasiyanın özünəməxsus asan və çətin tərəfləri olub:

 

 

“1992-1996-cı illərdə Naxçıvan Dövlət Universitetini bitirmişəm. Şərur rayon Dərəkənd kənd tam orta məktəbində riyaziyyat müəllimi olaraq çalışıram.

 

 

Düşünürəm ki, sertifikasiya bir qədər çətin idi. Belə ki, kitablarımız Bakı və digər ərazilərdə tədris ediləndən bir qədər fərqli tərtibatda idi. Mən 58 ballıq nəticə göstərdim.

 

Müəllimlərə tövsiyə edərdim ki, sertifikasiya ilə bağlı kursa getmələri onlara yaxından kömək edəcək, çünki vaxt çox qalmır, siniflər üzrə icmal hazırlamaq və digər işlər də insanın insanın zamanını alır.

 

Naxçıvanda  5 sual situasiya tipli salınmışdı.

 

Bu il MİQ-də də iştirak etdim və 36 bal topladım, lakin həmin imtahanda situasiya tipli suallar çoxluq təşkil edirdi”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları