Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-14 15:27:00
Yeniliklərlə dolu MİQ-in ilk günündən reportaj-Gəlməyənlər, depresiyaya düşənlər-REPORTAJ  

 

 

 

İyulun 14-dən 2022-2023-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

 

İmtahanın ilk günü namizədlərlə fərqli hislər yaşadıb.

 

Bu ildən etibarən test imtahanının vaxtı 120 dəqiqə müəyyən edilib Həmçinin, suallar 100 ballıq şkala ilə hesablanacaq.

 

AzEdu.az MİQ-in ilk gününüdən olan reportajı təqdim edir:

 

Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən müsabiqənin birinci günündə riyaziyyat müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar. Onlar ilk dəfə olaraq lövhələr vasitəsi ilə ayrılaraq əyləşiblər. Bu, da köçürmə hallarının qarşısını almaq üçün əlverişli şərait yaradıb.

 

İmtahan zalını ilk tərk edən bəzi namizədlər bir qədər qəmgin idilər. Onlar yaxşı nəticə əldə edə bilmədikləri üçün təəssüf hissi keçiridilər. Lakin zaman keçdikcə digər müəllimlərin üzlərində təbəssüm yarandığını hiss etdik. Amma onlar da topladıqları nəticədən razı deyildilər.

 

 

Onlardan biri olan Qasımova Firuzə 36 bal toplayıb, lakin bunu məqbul hesab etmir:

 

“Balımı az hesab etmirəm, çünki bu ildən etibarən səhvlər düz cavabları aparır. Kurikulumdan hazırlaşmamışdım, lakin sualları yaxşı olaraq qiymətləndirirəm. Səhvlər düzü aparmasaydı, o zaman daha yüksək yazardım deyə düşünürəm. Hazırda özüm Naxçıvan şəhərində müəllim olaraq fəaliyyət göstərirəm. Burada evimiz olduğuna görə şansımı sınamaq istədim, 1996-cı ildə universiteti bitirmişəm, 26 ildir ki, müəllim olaraq çalışıram. Səhv cavablarıma baxmadım, çünki ixtisas üzrə iki bal verilir və səhv düzü apardığına görə də balımız bir qədər aşağı düşür. 36 balı görüb dedim ki, bu, nədir, depresiyaya düşdüm, lakin saatın artırılması  olduqca yaxşıdır”.

 

 

Ən az imtahan verənlər qədər həyacanlı olan bu insanlardan biri də qızını gözləyirdi:

 

“İnşallah ki, qızım yaxşı nəticə əldə edəcək.O, inglis dili müəllimidir və 263 nömrəli məktəbdə fəaliyyət göstərir. Qızım Günay Qədimova ilk dəfə MİQ iştirak edib, o 40 bal toplayıb. İndi inanıram ki, 80-90 arasında nəticə göstərəcək, bir az həyəcanlı idi. Onun Əhmədlidə fəaliyyət göstərməsini istəyirəm”.

 

 

Namizədlər arasında az nəticə göstərənlər olsa  da, bunu etiraf etməkdən çəkinməyən şəxslər də var idi. Onlar bunun son olmadığını və qarşıda zaman olduğunu bilirdilər.

 

Onlardan biri olan Elnarə Hüseynova da artıq iki ildir ki, MİQ-də istədiyi nəticəni əldə edə bilmir:

 

“Ailə vəziyyətimlə əlaqədar müəllim kimi çalışmaq imkanım olmayıb. İmtahan normal keçdi, ötən illə müqayisədə suallar asan idi, lakin  hazırlaşmadan gəlmişdim, metodikadan suallar çox yaxşı idi. Nəzarət güclü idi, imtahan saatı artırılmışdə, köçürmə hallarına rast gəlmədim, həmçinin, aralıq hissədə lövhə quraşdırılmışdı ki, bir-birimizi görməyək.

 

2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat müəllimliyi fakültəsini bitirmişəm”.

 

 

Bir həftə ərzində namizədlər müəllim olmaq üçün yarışacaqlar. Onlardan bəziləri bu yaşışın qalibi, digərləri isə uduzanı olacaq.

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları