Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 15:51:00
Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.

 

O bildirib ki, Ömər Faiq Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin isə ən yaxın silahdaşlarından olub: "Onun publisistikası satirik olmasa da, dövrün ən mühüm məsələlərini əhatə edib. Həmçinin əsərlərində qadın azadlığı, Azərbaycan dili məsələsinə önəm verib".

İ.Həbibbəyli Ömər Faiq Nemanzadənin kütləvi foto-albom monoqrafiyasının yaradılmasını təklif edib.

Sessiyada tarix elmləri doktoru, professor Solmaz Tohidi “Ömər Faiq Nemanzadə: Millətin gələcəyini işıqlı görmək inamı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova “Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq Nemanzadə publisistikasında şərhi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Molla Nəsrəddin” ədəbi məktəbi” adlı məruzələrlə çıxış ediblər.

Sonda Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov çıxış edib: "Ömər Faiq Nemanzadənin publisistik əsərlərindəki mövzular təkcə yaşadığı dövrü deyil, bu günümüz, sabahımız üçün də aktualdır. Böyük şəxsiyyətə verilən elmi dəyər üçün minnətdarlığımı bildirirəm".