Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 14:47:00
“Təhsilimizin Gəncə faciəsi”-Deputatdan TƏHLİL

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Gəncə şəhərinin təhsil göstəricilərinə diqqət çəkib.

 

AzEdu.az xəbər verir ki, deputat şəhərin təhsil mənzərəsi ilə bağlı sosial şəbəkədə paylaşım edərək, statistik məlumatları təhlil edib:

 

“Dövlət İmtaham Mərkəzinin 2021/2022-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi -statistik təhlilinə baxıram:

 

Gəncə şəhəri:

 

2021-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 2593 şagird bitirib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1120 məzunu (52,36%)-i tələbə adını qazanıb. 0-200 bal toplayan abituriyentlər 43,32 %-dir.

 

Attestat qiyməti falsifikasiyasına diqqət edin:

 

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 15,56%-i 200 baldan aşağı nəticə göstərib.

 

Şəhərin abituriyentlərinin I-IV qruplarda riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəriciləri respublikanın orta göstəricisindən aşağıdır. Fərq riyaziyyatdan-14,01%, fizikadan-9,31%, kimyadan-5,30%, biologiyadan-7,15%, coğrafiyadan-13,72%, tarixdən-1,60% təşkil edir.

 

Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 267,996- ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2,7% aşağıdır”.

 

“Aqronom üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir...Bizə isə seyretmək qalır”-deyə, o bildirib.