Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-12 11:32:00
Kainatın indiyə qədər əldə edilmiş ən uzaq fotosu 

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Ceyms Vebb teleskopu kainatın indiyə qədər əldə edilmiş ən uzaq fotosunu paylaşıb.
Teleskop Yer kürəsindən təxminən 1.5 milyon kilometr uzaqda olan görüntüləri əldə edib. Bu fotolar növbəti elmi araşdırmalar üçün başlanğıc olacaq.
Teleskopun 13.5 milyard il əvvəlki Böyük Partlayışdan sonra əmələ gələn ilk ulduzların işığını yaxalayaraq kainatın tarixinin bütün mərhələlərinin öyrənilməsi əsas istiqamətlərdən hesab olunur.
NASA-nın rəsmi saytında Vebb kosmik teleskopunun əldə etdiyi digər görüntülərin bu gün yayımlanacağı bildirilir.
Qeyd edək ki, NASA-nın Avropa və Kanada kosmik agentlikləri ilə birgə hazırladığı Vebb bu günə qədər düzəldilmiş ən güclü və böyük teleskop hesab edilən Habbl teleskopunun xələfi hesab edilir.