Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 12:06:00
Milli kulinariya istiqamətində tədris proqramı hazırlanır-Orxan Fikrətoğlu təfərrüatları AÇIQLADI

 

Hazırda milli irsin qorunması və inkişafı istiqamətində köklü təhsil proqramı üzərində işlənilir.

 

Məsələnin təfərrüatlarını AzEdu.az-a danışan Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş direktoru, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu həmin tədrisin vacibliyi haqqında məlumat verib:

 

“Azərbaycan Milli Kulinariya Mərkəzi yeni üslubla işləməyi qarşısına məqsəd qoyub. Buraya təyin olunduğum  gündən müxtəlif  baxış bucaqları ilə milli məktbəximizin inkişafı və yüksəlməsi istiqamətində  təbliğati məsələlərlə məşğul oluram”.

 

O, qeyd edir ki, kulinariyaya akademik baxışın olması vacibdir:

 

“Biz qərara gəldik ki, milli kulinariya daha çox qida texnoloqları, təminatçıları, istehsalçıları  və  kulinarların iştirakı ilə inkişaf etməli olan sahələrdən birinə çevrilməlidir.

 

Qəbələdə təsis olunan texniki peşə mərkəzlərində müəyyən mənada kulinarların təhsili ilə bağlı proqram hazırlanıb. Mən həmin proqramla tanış oldum, onun hansı zəmində tədrisi ilə maraqlandım. Burada olan yenilik və köhnəliklərlə maraqlanmaq imkanı əldə etdim. Belə qərara gəldim ki,  bu sahədə verilən təhsilin təkmilləşdirilməsi vacibdir”.

 

Orxan Fikrətoğlu vurğulayır ki, milli isin qorunması və təbliği ölkəmiz üçün vacibdir:

 

“Kulinariya milli irsin bir hissəsidir və ona akademik yanaşma olduqca vacibdir. O, mədəniyyətimizin ayrılmaz tərkibidir. Ona görə də tədris prosesi milli irs üzərindən qurulmalıdır. Bu istiqamətdə Rusiya və Türkiyənin, həmçinin, Avropa ölkələrinin Azərbaycanda  fəaliyyət göstərən səfirləri ilə görüşdüm. Onların ölkələrində tədris olunan proqramlarla tanış oldum. Hazırda bu materiallar üzərində iş gedir.

 

Milli mətbəximizin özəllikləri var və digər ölkələrdən fərqlənir. Bizim məqsədimiz milli mətbəxin formalaşmasında dominant olan amilləri önə çıxarmaqdır.

 

İnsanlardan istəyimiz odur ki, milli irs və dəyərlərimizin qorunması  naminə  ədəbiyyat və materialları  bizə təqdim etsinlər ki, yeni yaradılacaq Kulinariya Muzeyində  onları təqdim edək. Çünki ölkəmiz turizim mərkəzinə çevrilib, buraya gələn qonaqlar milli irsimizlə yaxından maraqlanırlar.

 

Bundan sonra Azərbaycan ərazisində  texniki peşə mərkəzlərində və məktəblərdə  tədris olunacaq kulinariya  və digər milli irs sahəsinə aid olan təlimatlar ölkəmizin bu sahədə sözünü deyən alimləri və digər ölkələrdən dəvət edilən şəxslərin  hazırlayacağı proqram əsasında reallaşacaq.

 

Milli irs Azərbaycan xalqının sərvətidir, ona görə də hamının öz fikrini bildirməsi olduqca effektiv olacaq. Hər şeyin interraktiv olmasına önəm verəcəyik. Sonra isə ölkə ərazisində hazırlayacağımız tədris proqramının tətbiqinə başlanılacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları