Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-07 15:06:00
Duayla, yuxarılardakı tanışın köməyilə universitetə qəbul olanlar,ortada qalan pullar-Valideynlər bunlara niyə inanır?

 

“Bir dua yaz, övladım universitetə qəbul olsun”, “Yuxarılarda tanışım var, o məsələni həll edəcək”, “Bu məbləğdə pul ver, qalanı bizlikdir”...

 

Artıq universitetlərə qəbul imtahanlarının ixtisas qrupları üzrə ikinci cəhdi keçirilir.

 

Yenə aşağı bal toplayan, istədiyi nəticəni göstərə bilməyən abituriyentlər, övladının ali təhsil alması üçün hər yolu sınamağa çalışan valideynlər, onların çarəsizliklərindən istifadə edən saxtakarlar ölkə gündəmindədir.

 

Bəs valideynlər buna niyə inanır? Bu kimi problemləri necə aradan qaldırmaq lazımdır?

 

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev AzEdu.az-a açıqlamasında məsələnin səbəblərinə toxunub:

 

“Valideynlər övladlarını illərdir repetitor yanına, kursa göndərirlər, onların universitetə qəbul olmasını arzulayırlar. Bu, başadüşüləndir. Amma onu da nəzərə almaq lazımdır ki, universitetə qəbul olmaq üçün daha diqqətli olmaq, dərslərə ciddi yanaşmaq lazımdır. Əgər abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyibsə, bu dünyanın sonu deyil. Növbəti il yenidən hazırlaşmaq mümkündür. Bir çox abituriyentlər var ki, aşağı nəticə göstərir, istədiyi ixtisasa qəbul ola bilmir və yendiən hazırlaşıb uğurlu nəticə əldə edir. Valideynlərə səslənirəm ki, bu cür saxtakarlıqlara inanmasınlar. Belə bir halla qarşılaşdıqda hüquq mühafizə orqanlarına müraciət etsinlər ki, həmin fırıldaqçılar başqa ailələrə də zərər vurmasın”.

 

No description available.

 

Mütəxəssis müəyyən məbləğ qarşılığında valideynlərin çarəsizliyindən istifadə edən saxtakarların olduğunu qeyd edib:

 

“Abituriyentlər aşağı nəticə göstərəndə, valideynlər çıxış yolu axtarırlar və bəziləri isə çarəni qeyri-qanuni yolda görür. Çox təəssüf ki, onların bu çarəsizliyindən istifadə etməyə çalışanlar da olur. Həmin şəxslər müəyyən məbləğ qarşısında abituriyentin topladığı balı 50-100  bal və s. şəkildə qaldırdıqlarını bildirirlər. Hətta Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi ilə əlaqələrinin olduğunu bildirirlər və istənilən universitetə tələbə qəbulunu həyata keçirdiklərini iddia edirlər. Ən kədərli hal isə valideynlərin çarəsizlikdən bunlara inanmalarıdır. İllərdir həm abituriyentləri, həm də valideynləri maarifləndirməyə çalışır, bu kimi şəxslərə inanmamağa çalışırıq”.

 

O, valideynlərə səslənərək övladlarının ali təhsil alması üçün bir tək yolun olmadığını diqqətə çatdırıb:

 

“Əgər abituriyent qəbul imtahanında yaxşı bal toplamayıbsa, cavab kartında sürüşdürmə edib, yaxud imtahanda həyəcanlandığı və s. kimi səbəblərlə universitetə qəbul olmayıbsa, nəzərə almaq lazımdır ki, ali təhsil üçün tək yol bu deyil. Bu zaman xaricdə təhsil şirkətlərinə, peşə məktəblərinə müraciət edə və ya övladlarına dəstəklərini ifadə edərək, yenidən imtahana hazırlaşmasına şərait yarada bilərlər. Düşünürəm ki, belə addım atmaq daha yaxşıdır, nəinki hansısa saxtakar şəxslərə inanmaq. Onu da qeyd edim ki, belə hallarda tələb olunan məbləğlər də yüksək olur”.