Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 12:52:00
Rus dilli təhsilə maraq ölüb?-Professor AÇIQLADI

Təhsil naziri Emin Əmrullayev son müsahibəsi zamanı ölkəmizdə mövcud olan rusdilli təhsilin keyfiyyətində müəyyən qədər aşağı nəticələr əldə olunduğunu deyib.

 

Bu fikir  rusdilli məktəblərdə təhsil alan şagirdlər və onları bu istiqamətə yönləndirən valideynlər tərəfindən də birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan professor, əməkdar elm xadimi  Fərrux Rüstəmov rusdilli təhsilin ölkəmizdə olan inkişaf dinamikası və hazırki vəziyyəti barədə məlumat verib.

 

“Rus bölmələrinin seçilməsində azalma halları müşahidə olunur. Uzun illərdir ki, Azərbaycan məktəbləri ilə yanaşı rusdilli təhsil ocaqları da ölkəmizdə fəaliyyət göstərməkdədir.

 

SOVET hakimiyyəti illərində isə rusdilli məktəblərin sayı həddindən artıq çox idi. Əhalinin böyük əksəriyyəti həmin zamanlar rus dilinə üstünlük verirdi. Çünki ölkəmizdə böyük rus icması fəaliyyət göstərirdi. Dövlətimiz müstəqillik qazandıqdan sonra  rusdilli məktəblərin sayı tədricən azalmağa başladı.

 

Lakin son 10 il ərzində rudilli məktəblərə təlabat çox idi. Çünki Rusiya bizim qonşumuzdu, böyük dövlətlərdən biridir, o, böyük elm və təhsil bazarıdır. Həmçinin, iqtisadi əlaqələrimiz də davam etməkdədir. Əhalimizin böyük hissəsi Rusiyada yaşamaqdadır, bir çox şəxslərin qohumları orada məskunlaşıb. İnsanlarımız düşünür ki, şagirdlər rusdilli məktəbləri bitirdikdən sonra həm öz ölkəmiz, həm də Rusiyada oxuyub işləyə bilərlər .Rusiyanın böyük ölkə olduğunu etiraf etmək lazımdır. Amma insanların istədi-istəmədi rusdilli məktəblərə getməsi bir qədər ürəkaçan deyil”.

 

Professor rusdilli təhsilə olan marağın azalmasının səbəblərini izah edir:

 

“Lakin Rusiya və Ukrayna arasında müharibə başladıqdan rusdilli təhsilə olan  marağın  faiz nisbəti bir qədər aşağı düşdü. Son illərdə inglisdilli məktəblərə də xüsusi diqqət artıb. Valideynlər bu dildə olan təhsilə də meyil edirlər. Bu sahədə xeyli məktəb və təhsil müəssisələri var. Bu il  ibtidai sinif müəllimliyini inglis dili üzrə bitirən  ilk 14 şəxs məzun olub. Onlar sentyabr ayından fəaliyyətlərinə başlayacaqlar.

 

Rəsmilər etiraf edir ki, birinci sinifə qəbulda rus dilinə olan maraq azalıb. Buna da əsas səbəb Rusiya və Ukrayna arasında olan müharibənin törətdiyi fəsadlardır. Dünyada belə bir tendensiya baş verib ki, insanlar Rusiyadan incik düşüb. Lakin təhsildə də kəsin şəkildə azalmanı müşahidə etmirəm,  əvvəlki illərdə rus dilli təhsili seçənlər daha çox idi. Amma bu təhsil dilində də ciddi üstünlüklərin olduğu deyilə bilməz.

 

Yaxşı olar ki, hər bir Azərbaycan vətəndaşı  doğma ana dilində təhsil alsın. Heç olmasa, ibtidai təhsili insan öz dilində başa vurmalıdır. Ulu öndər Heydər Əliyev deyib ki, istəyərdim ki, hər bir Azərbaycan vətəndaşı  Nizamini öz, Şekspri inglis və Puşkini rus dilində oxusun, amma Azərbaycan dilini digər dillərin heç birinə qurban vermək olmaz. Dil bizim tariximiz, keçmişimiz və sabahımızdı. Başqa bir dili bilmək insanın zənginliyidi, lakin hamı ana dilində bilməlidi. Ana dilində təhsil almayan, onu bilməyən, öz dilimizdə düşünməyən  insan millətə fayda verə bilməz. Nitq iki hissəyə ayrılır: daxili və xarici.İ nsan hansı dildə düşünürsə, o, onun ana dilidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları