Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 10:36:00
"Az vaxtla keyfiyyətli bilik əldə etmək olar"-Balkanda yeganə qızıl MEDALÇI

 

 

“İstənilən halda, riyaziyyat bütün elmlərin açarıdır”.

 

Bunu AzEdu.az-a açıqlamasında  Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif  şagirdi Fidan Qarayeva deyib.

 

O, ölkəmizin adını uca tutaraq Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl medal qazanan qız şagirddir.

 

Gəlin, onu yaxından tanıyaq:

 

Qarayeva Fidan Mübariz qızı, bu il Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinfini bitirib. İlk dəfə beynəlxalq olimpiadada 2019 - cu ildə iştirak edib. Həmin il Avropa Qızlar Riyaziyyat Olimpiadasında (qısa EGMO yazılır) bürünc medal qazanıb. Bu, adı Avropa olsada, əslində Amerika, Kanada və Meksikadan tutmuş Yaponiyaya qədər ölkələrin iştirak etdiyi olduqca nüfuzlu bir olimpiadadır. O zaman onun cəmi 13 yaşı olub və qazandığı medal Azərbaycanın EGMO-da ilk olub. Bu münasibətlə sabiq  Təhsil naziri Ceyhun Bayramov və hazırki Təhsil naziri Emin Əmrullayev Fidan Qarayevanı  qəbul edib. O vaxtdan bəri bir çox beynəlxalq tipli olimpiadalarda iştirak edib, ümumi olaraq 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb. Bunların arasında bu il Macarıstanın Eger şəhərində keçirilən EGMO-da qazandığı qızıl medal da olub.

 

 “Olimpiadalara hazırlıq prosesi hər bir şagirdin xarakterindən asılı ola bilər. Respublika Fənn Olimpiadalarında finala yüksələn şagirdlər üçün Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində xüsusi məşğələlər keçirilir. Belə məşğələlərlə individual hazırlığı elə birləşdirmək lazımdır ki, az vaxt sərf etməklə daha çox keyfiyyətli bilik əldə edə biləsən. Mən şəxsən bütün fənləri öyrənməyə çalışıram. Xüsusi ilə müasir dövrdə informatika fənni olduqca vacibdir və buna böyük önəm verirəm. Yeri gəlmişkən, bu il Respublika Fənn Olimpiadasında həm riyaziyyatdan, həm də informatikadan qızıl medal qazanmışam”.

 

O, gələcək hədəflərindən söz açıb:

 

“Gələcəkdə hansı sahə üzrə çalışacağımı  və harada təhsil almağımı hələ dəqiqləşdirməmişəm”.

 

Fidan Qarayeva ən sevdiyi fənnin hansı olduğunu deyib:

 

“İstənilən halda, riyaziyyat bütün elmlərin açarı olduğuna görə, hələlik riyaziyyatı öyrənmək tövsiyə olunur”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları