Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 17:15:00
"AzEdu ilə etdiyimiz bütün layihələr uğurlu olub"-BP-nin xarici əlaqələr üzrə meneceri

"Doqquz müəllifin ərsəyə getirdiyi "Məktəb psixoloqunun stolüstü kitabı" həm psixoloq, həm valideyn, həm də ümumiyyətlə uşaq psixologiya ilə məşğul olanlar üçün unikal  kitaba çevriləcək".

 

AzEdu.az xəbər verir ki, bu sözləri "Məktəb psixoloqunun stolüstü kitabı"ın təqdimat mərasimində “BP Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı deyib.

 

"Biz bu kitabın müəllif seçimi zamanı çox diqqətli olduq. Yerli və işində peşəkar mütəxəssis üstünlük verdik. Kitab təcrübədə ən çox istifazdə edilən metodlara əsaslanaraq ərsəyə gəlib".

 

Tamam Bayatlı AzEdu ilə həyata keçirilən layihələrdən söz açıb:

 

"Biz bundan əvvəldə AzEdu təhsil portalı ilə birlikdə "Ömrün uğurlu bünövrəsi"adlı  7 yaşadək uşaqların  tərbiyyəsi il bağlı məlumatlandırıcı kitab nəşr etmişik. Ona görə də ümid edirik ki, AzEdu təhsil portalı ilə  etdiyimiz hər layihə kimi bu kitab da uğurlu olacaq!".

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları