Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 14:13:00
“Sosial layihələrimizin demək olar ki, 80%-i təhsillə bağlıdır”-Bəxtiyar Aslanbəyli

 

"Biz fəaliyyətimizi sadəcə qaz sektoru ilə məhdudlaşdırmırıq, eyni zamanda sosial sahələrlə bağlı müəyyən layihələr də həyata keçiririk. Sosial layihələrin demək olar ki, 80% təhsillə bağlıdır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri "Məktəb psixoloqunun stolüstü kitabı"ın təqdimat mərasimində çıxış edən zaman bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 

O, məktəb psixoloqları üçün hazırlanan kitabın əhəmiyyətindən danışıb:

 

“AzEdu təhsil portalı ilə hazırladığımız "Məktəb psixoloqunun stolüstü kitabı” çox əhəmiyyətli vəsaitdir. Burada məktəb psixoloqlarına lazım olan vacib məlumatlar bir araya toplanılıb.Ümid edirəm ki, məktəblərimiz üçün bu vəsait  sözün həqiqi mənasında stolüstü kitaba çevriləcək”.

 

Vitse-prezident şirkətin Azərbaycan təhsili sahəsində gördüyü işləri nəzərə çatdırıb:

 

“bp son illər ərzində 70-dən çox kitab nəşr edib. Həmçinin 14 beynəlxalq dərslik  Azərbaycan dilinə tərcümə edilərək, universitetlərə, kitabxanalara təmənnasız verilib. Bundan əlavə Təhsil Bazirliyi ilə birlikdə peşə məktəblərində kənd təsərüfatı ilə bağlı 19 dərslik sıfırdan hazırlanaraq istifadəyə verilib. Həmin dərsliklər hazırda da kənd təsərüfatında geniş istifadə olunmaqdadır".

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları