Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 13:10:00
Portuqaliya Ukraynanın təhsil müəssisələrinin bərpasında yaxından iştirak edəcək  

Portuqaliya hökuməti Kiyevdən təxminən 150 kilometr aralıda yerləşən Ukraynanın Jitomir şəhərində məktəblərin yenidən qurulmasına kömək edəcək.

 

Bu barədə Portuqaliyanın təhsil naziri Joao Kosta İsveçrədə Ukraynanın bərpası planlarının hazırlanmasına həsr olunmuş konfransda bildirib.

 

Ukrayna hökumətinin hesablamalarına görə, hərbi əməliyyatlar başlayandan ölkədə 1200 təhsil müəssisəsi, o cümlədən Jitomirdə müxtəlif dərəcədə dağılmış 70 məktəb sıradan çıxarılıb.

 

Portuqaliya digər ölkələrlə birlikdə Ukraynada təhsil müəssisələrinin bərpası ilə məşğul olacaq.

 

Xaricilərin işləri üzrə və Sərhədlər Xidmətinin (SEF) məlumatına görə, Portuqaliya 28 faizi yetkinlik yaşına çatmayan uşaq olmaqla (təxminən 13 min) 46 181 ukraynalı qaçqına müvəqqəti sığınacaq verib. Portuqaliya məktəblərində 4700-ə yaxın ukraynalı uşaq təhsil alır.

 

Azərtac