Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 10:54:00
“AzEdu təhsil portalı bu vəsaiti tam zamanında çap etdi”- Mehriban Vəliyeva

"AzEdu təhsil portalının təşəbbüsü və BP dəstəyi ilə ərsəyə gələn "Məktəb psixoloqunun stolüstü kitabı" düşünürəm ki, psixoloqların peşəkar inkişafında çox mühüm rol oynayacaq".

 

AzEdu.az xəbər verir ki, bu sözləri “Məktəb psixoloqunun stolüstü kitabı”ının təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

 

O bildirib ki, yeni nəslin inkişafı dövründə uşaqlarda psixoloji problemlərin ortaya çıxması təbii haldır:

“Xüsusilə pandemiyadan sonraki dövrdə şagirdlərdə psixoloji problemlərin yaranmasını normal qarşılamalıyıq. Amma əlbəttə ki, bu prosesi idarə etmək ən böyük problemlərdən biridir. BŞTİ-nin təşəbbüsü ilə sentyabr ayında keçirilən psixologiyaya aid konfransın məqsədi də məhz pandemiyadan sonra uşaqları düzgün istiqamətlərə yönləndirməkdən ibarət olub”.

 

“Bakı şəhərində yerləşən məktəblərə 220-dən çox psixoloq təyin olunub. Bununla yanaşı "Ailə məktəb" layihəsi çərçivəsində Bakı məktəblərində valideynlərə psixoloji təlimlər keçirilib. Əlbəttə ki, bunlar təbii problemlərdir. Biz bu hallara cəmiyyət olaraq hazır olmalıyıq. Buna görə də bu lazımi vəsait tam vaxtında nəşr olunub”.

 

Sonda Mehriban Vəliyeva "Məktəb psixoloqunun stolüstü kitabı"nın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları