Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 15:00:00
Dünya ölkələrində dərslər nə vaxtdan başlanır? – Məktəblərin apreldə, fevralda açıldığı dövlətlər

Yeni tədris ilinin başlamasına az qalıb. Bəs dünya ölkələrində məktəblər nə zaman açılır, yeni tədris ili nə vaxt başlayır?

AzEdu.az bununla əlaqədar yazını təqdim edir:

Danimarka və Finlandiyada dərslər avqust ayında başlayır və iyunda başa çatır. 

Rusiyada tədris ili 1 sentyabr - 25 may arasında davam edir.

Avstriyanın  bəzi bölgələrdə dərslər sentyabrın  ilk bazar ertəsi başlayır, iyunun son cümə günü isə bitir. Digər yerlərdə isə sentyabr ayının ikinci bazar ertəsi başlayıb, iyulun  ilk cümə günü bitir.


Yaponiyada birinci rüb aprel in  1-i başlayır, iyuldaisə başa çatır. İkinci rüb sentyabr ayından dekabra qədər, üçüncü rüb isə yanvardan marta qədər davam edir. Yəni, yaponlar il boyu təhsil alırlar.

İrlandiyada tədris ili sentyabrda başlayıb, iyunda başa çatır. Polşa, Litva, İran, Sloveniyada da tədris ili eynidir.


Belçikada da dərslər sentyabrda başlayır. Tədris ili iyunun 30-da başa çatır.

ABŞ-da dərs ili adətən sentyabrın əvvəlində başlayıb, avqustun ikinci yarısında başa çatır. Bəzən isə dərslər sentyabrın sonunda, hətta oktyabrın əvvəlində başlayır. 

Kanadada isə dərs ili sentyabrdan iyunadək davam edir.

Hindistanda yeni dərs ili iyunda başlayıb, mart ayında başa çatır. 

Pakistanda isə dərslərə avqustda start verilir və mayda sona çatır.

Avstraliyada məktəblər yanvarda fəaliyyətə başlayır, dekabrda başa çatır.

Braziliyada isə tədris ili fevralın birinci həftəsi başlayır, dekabrda yekunlaşır. Braziliya qanunlarına görə, tətil müddəti həm orta, həm də ali məktəblərdə 200 gün olmalıdır. 

Qeyd edək ki, Azərbaycanda yeni tədris ili senyabrın 17-də başlayacaq.