Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 09:58:00
Valideynlərin məktəb dərdi – “Uşaq hər gün deməsin ki, “3-5 manat pul ver””

2018/2019tədrisilinin başlanmasına bir neçə gün qalır. Bəs yeni tədris ilində  valideynlər övladlarına məktəb seçərkən, nələrə diqqət edib, hansılarına üstünlük verirlər?

Məsələylə bağlı AzEdu.az-a danışan təhsil  eksperti Kamran Əsədov bildirib ki, bunun dörd mərhələsi  var:

“Birincisi, övladına ibtidai sinif seçən valideynlər ilk növbədə, təhsil nəticələri yüksək olan, təcrübəli müəllimlərin çalışdığı və qeyri –qanuni az pul yığılan məktəb axtarırlar.

Yəni uşaqları hər gün evə gəlib deməsin ki, “3 - 5 manat ver”. Bir də məktəbin evə yaxın olmasına üstünlük verənlərlə müqayisədə, Bakı şəhəri üzrə mərkəzdə yerləşməsinə önəm verənlər var.

Rayon və bölgələrdə isə valideynlərin o qədər də seçim imkanları olmur. İkinci isə budur ki, övladları IX sinfi bitirən valideynlər elə məktəb axtarır ki, uşaqlar X və XI sinifdə dərsə az gəlsin və məktəb rəhbərliyi onu bir cür "yola versin".

Ekspert deyib ki, üçüncü kateqoriya valideynlər ya ibtidai sinifdə, ya da bitirdikdən sonra rus bölməsini seçənlərdir:

“Onlar uşaqları ibtidai sinfi bitirdikdən sonra daha ciddi məktəb axtarışında olurlar. Bir çox hallarda övladlarını ümumi orta məktəblərdən çıxarıb, lisey və özəl müəssisələrə yönləndirirlər.

Dördüncü növ valideynlər hansı məktəbdə tanış, qohum, ailə üzvü varsa oranı seçirlər. Yəni onlar üçün əsas meyar budur”.

Qeyd edək ki yeni tədris ili 17 sentyabrda başlayacaq.

Elşən Ramizoğlu