Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 10:00:00
Məktəblərdə bu qədər fənn çıxarılmalı, saatlar xeyli azaldılmalıdır - Faydalı təklif

 


Təhsil naziri Emin Əmrullayev son çıxışı zamanı orta təhsil müəssisələrində tədris edilən 17 fəndən bəzilərinin çıxarılmasının məqsədəuyğun olduğunu qeyd edib.


Məsələ valideyn və şagirdlərin müsbət reaksiyasına səbəb olub. Onlar da sosial mediada dərs yükünün azaldılmasınının vacibliyini vurğulayıblar.


AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Elşən Qafarov dərs yükünün siniflər üzrə tənzimlənməsinin vacibliyini vurğulayıb:


“Ümumtəhsil məktəblərində şagirdlərin dərs yükü olduqca çoxdur. Bu, həm ibtidai, həm də orta təhsil səviyyəsində özünü göstərməkdədir. Hazırda Təhsil Nazirliyinin tədris planından hansı fənləri çıxarmaq fikrinin olduğunu bilmirəm. Lakin dərs yükünün 3-4 saata kimi azaldılması şagirdlərin fizioloji və psixoloji baxımdan yüngülləşməsinə səbəb olacaq. Düşünürəm ki, ibtidai təhsil səviyyəsində 20 saatdan çox dərsin tədris olunması düzgün deyil. I və II siniflərdə olduğu kimi dərs saatı həftəlik 11-dən çox olmamalıdır. Eyni zamanda ümumiorta təhsil səviyyəsində 5-6-cı siniflərdə 22-23, 7-9-cu siniflərdə isə 25-26 saatdan artıq dərsin tədrisi məqsədəuyğun deyil. 10-11-ci siniflərdə isə 27 saatdan artıq dərsin şagirdlərə yüklənməsi mənfi haldır”.


O, qeyd edib ki, məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir:


“Təhsil Nazirliyinin hansı fənləri çıxarması istiqamətində qərarını gözləməliyik.

 

Təmayülləşmə baş verdikdə əlavə fənlər tədrisdən uzaqlaşdırılır. Əsasən istiqamətyönümlü fənlər tədris edilir. Lakin konkret olaraq hansı fənnnin çıxarılması ilə bağlı qərar verməlidir.


Düşünürəm ki, əlavə yük yaradacaq dərslər yoxdur. 5-6-cı siniflərdə təbiət fənləri tədris ediləcək, onlar daxilində 5 fənni birləşdirir. Bunlar: həyat bilgisi, coğrafiya, fizika, kimya, biologiyadır. Buna görə də 6-7-ci siniflərdə 17 fənn əvəzinə 12 fənn tədris ediləcək. Amma 7-ci sinifdən sonra dərs yükünün tənzimlənməsi ilə bağlı ciddi problemlər mövcuddur”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları