Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-26 13:28:00
Məktəbə getməzdən əvvəl uşağın pedoqoji və psixoloji yaşı müəyyənləşdirilməlidir  

Artıq yeni dərsl ilinin başlanmasına sayılı günlər qalıb. Bu, ən çox valideynləri narahat edir. Çünki bəzi valideynlər övladlarının dərsi sevmədiyindən tez-tez şikayət edirlər.

Müəllim və dərs proqramı eyni olsa da, şagirdlərin dərsdə nailiyyətləri fərqli olur.

Alman psixoloqlarının fikrincə, uşaqları dərs oxumağa elə ən kiçik yaşlardan öyrəşdirmək lazımdır. Valideynlər ilk öncə övladlarını məktəbə qoymazdan əvvəl uşağın psixoloji və pedoqoji yaşının neçə olduğunu müəyyənləşdirməlidir. Uşağın bioloji yaşı 6 olsa da, inkişafı 4-5 yaşındakı uşaqlar kimi ola bilər. Bu yalnızca, ibtidai sinifdə deyil, elə 11-ci sinifə kimi də problem olaraq davam edir. Belə uşaqların da, təəssüf ki, daim dərs oxumağa maraqları olmur.

Şagirdləri motivasiya etmənin üsulları

Təhsil məsələləri üzrə araşdırmaçı alim Daniel Willingham deyir ki, Uşaqlar fərqli olmaqdan daha çox bənzərdirlər.

Uşaqların fərqli olduqlarından daha çox, bənzədiklərini qəbul etsək də, unutmaq lazım deyil ki, hər uşağa da eyni şeyi məcbur öyrətmək olmaz. Onlar öyrənmək üçün istəkli olmalıdırlar. Bəs aşağı motivasiyalı şagirdləri daha istəkli vəziyyətə necə gətirmək olar?

Şagirdlərə öyrəndiklərini hansı tərzdə göstərmələri üçün sərhəd qoymayın!

Dərsə marağı olmayan uşaqlar üçün yeni seçimlər təklif edin. Bunun üçün bir az yaradıcı olmaq yetərlidir. Onlara test həll etmək yerinə, öyrəndiyi mövzuya dair bir rəsm çəkməyi tapşırın. Hətta uşaqlar sinif yoldaşları üçün bir test də hazırlaya bilərlər və ona uyğun maraqlı oyun oynayarlar. Beləcə, dərsə həvəssiz şagird də zaman-zaman maraq göstərməyə başlayacaq.