Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 12:30:00
Ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir

Yeni dərs ilinə hazırlıq çərçivəsində məktəb binalarının tikintisi və təmiri davam etdirilir.

Təhsil Nazirliyindən AzEdu.az -a verilən məlumata görə, hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir.

22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.

Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcəyi də bildirilib.