Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-09 12:02:00
Təmayül sinifdə təhsil alan şagidlərin sayı açıqlandı

2021-2022-ci tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

 

AzEdu.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 17 241 şagird təhsil alır.

 

BŞTİ tərəfindən İdarənin tabeliyindəki təhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və inkişaf perspektivləri təhlil edilib.

 

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları