Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 15:31:00
Bakı məktəblərindən bu qədər şagird MƏZUN oldu

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir.

 

AzEdu.az xəbər verir ki, 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. Paytaxtda 46 470 nəfər I sinfi başa vurur.

 

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 115 müəllim fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 484 uşaq cəlb olunub.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları