Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 13:16:00
BMU-nun əməkdaşı mübadilə proqramı çərçivəsində keçirilən təlimdə iştirak edib  

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində təşkil oluan Beynəlxalq təlim həftəsində  (İnternational week- 2022) iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Nərmin Ələkbərova təlim proqramı çərçivəsində İspaniyanın Jaen Universitetində (Universidad de Jaen) və Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetində (Koblenz University of Applied Sciences) keçirilən tədbirlərə fəal şəkildə qatılıb.

 

Təlim həftəsi ərzində hər iki universitetdə BMU-nun beynəlxalq əlaqələri və ikili diplom proqramı, maddi-texniki bazası haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsini nəzərə alaraq Şuşa barəsində zəruri informasiyalar da təqdim olunub.

 

Koblenz Tətbiqi Elmlər Universitetində keçirilən 2022-ci il beynəlxalq həftəsində BMU-nun təbliğatı üçün hazırlanmış stendə tələbələr yüksək maraq göstəriblər.

 

Beynəlxalq toplantıda Serbiya, Gürcüstan, Kanada, Bosniya və Herseqovina, Albaniya, İran, Tunis və başqa ölkələrin nümayəndələri də iştirak edib.