Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 12:46:00
"Universitet çimərlik deyil ki, tələbələr istədiklərini geyinsinlər"-Ekspertlərdən ETİRAZ

 

Sosial şəbəkələrdə Tibb Univerisitetinin Əsaslı Kitabxanasında tələbələrə bəzi geyim qadağalarının tətbiqi ilə bağlı məlumatlar yayılıb.

 

Belə ki, kitabxanaya daxil olan şəxslərin şortik və mayka tipli açıq geyimlərdən çəkinməli olduqları qeyd edilib.

 

Universitet isə bunun onların daxili nizam-intizam qaydası olduğunu deyib.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil ekspertləri Azərbaycan Tibb Universitetinin bu addımını dəstəkləyiblər.

 

Təhsil eksperti Adil Vəliyev geyim məsələsinin təhsildə vacib olduğunu bildirib:

 

“Belə bir deyim var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Bu misal keçmişdə çəkilmiş olsa da, onun hazırda və gələcəkdə də aktual olacağını güman edirəm. Düşünürəm ki, geyim məsələsinə təlim-tədris müəssisələrində ciddi fikir verilməlidir. Şagird, tələbə və müəllimlər məktəb və universitetlərə daxil olarkən  geyimlərinə xüsusi diqqət yetirməlidir. Geyim o tərzdə seçilməlidir ki, digər şəxslərin fikri yaxşı və pis mənada dağılmasın”.

 

Hazırda ən ideal variantlardan biri dərslərin birləşdirilib 80 dəqiqəyə  endirilməsidir”-Adil Vəliyev - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Ekspert təhsil müəssisələrində geyimə xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib:

 

“Kitabxanaya gedən zaman isə hansısa problemlə qarşılaşmamaq və maneə törətməmək üçün  geyimə diqqət edilməsi vacibdir. Geyim dedikdə mən ayaqqabını belə nəzərdə tuturam. Çünki ayaqqabıdan gələn tıqqıltı səsi də kiminsə üçün maneə yarada bilər. Düşünürəm ki, bu elə də böyüdülməli problem deyil. Geyim-kecimimizə diqqət edək ki, heç bir problemlə qarşılaşmayaq. Təhsil müəssisələrində geyimə xüsusi diqqət ayrılmalıdır ki, problemlər olmasın. Tibb Universitetinin verdiyi qərarda da qabardılası məsələ olmadığını düşünürəm.Çünki orada daha çox ağ xalat geyinilir. Bizə əsas lazım olan təhsildir, ona diqqət edərək, təlim-tərbiyəyə də fikir verilməlidir”.

 

O, mövzuya Avropanın misal çəkilməsinin doğur olmadığını vurğulayıb:

 

“Tələbələr Avropa və Amerikanı misal gətirə bilərlər. Lakin nəzərə almalıyıq ki, heç bir yaxşı tərəfimizlə Avropaya çatmamışıq. Geyimi Avropa və Amerika ilə oxşatmağın mənası yoxdur. Biz təhsil və düşüncəmizdə onlara çatmalıyıq. Sonra baş verən proseslərdə geyimi nəzərə almaq olar”.

 

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov isə belə qadağaların xarici universitetlərdə olan tətbiqindən söz açıb:

 

“Universitetlər daxili qayda ilə geyimlərini  dizayn edə bilərlər. Xüsusi təyinatlı ali təhsil müəssisəsləri xaric, tələbələrin geyimi sərbəstdir. Lakin bu, o demək deyil ki, onlar istədikləri kimi geyinə bilərlər. Çünki hər yerin özünəməxsus geyim normaları var. Bu yaxınlarda Amerikda bir xanım buraxılış işinin müdafiəsi zamanı kifayət qədər açıq-saçıq geyim tərcih etmişdi. Elmi şura onun müdafiəsindən imtina etdi. O, məhkəməyə müraciət etsə də,  əleyhinə qərar verildi və prosesə uyğun geyimin seçilməli olduğu əsas gətirildi”

 

Baku Engineering University

 

Mütəxəssis kitabxanın daxili qaydaları olduğunu və hər kəsin diqqət etməsinin vacibliyini nəzərə çatdırıb:

 

“Universitet çimərlik deyil ki, tələbələr istədikləri kimi geyinsinlər. Onlar müəyyən qədər qaydalara əməl etməlidir. Kitabxananın özünün daxili qaydaları var, orada yemək yemək və yüksək səslə danışmaq olmaz, burada geyimə də müəyyən norma qoyulması vacibdir. Bu universitetdaxili qaydlarla tənzimlənir. Ali təhsil haqqında nizamnamədə belə bir bənd yoxdur. Təbii ki, deyilsəydi ki, oğlanlar yalnız kostyum geyinsin, qızlara isə şalvar geyinməyə icazə yoxdu, bu fikir absurd olardı. Lakin ictimai yerdə geyimə fikir verilməlidir. Çünki kitabxana imtahana hazırlaşan tələbə və müəllimlər üçün sakit  və diqqət yayındırmayan mühitdir. Bir çox restoranlarda da “dress code” var. Bu müəssisəsinin daxili nizam-intizam qaydasıdır. Tələbələr bəzən universiteti çimərliklə səhv salırlar”.

 

Mütəxəssis son olaraq, -“Mən özüm də Amerikada olarkən tələbələrin ciddi geyimlərdə universitetə gəldiyini müşahidə etmişəm, lakin onlar da həftə sonu istirahətində istədikləri geyimi tərcih edə bilərlər. Bu, ərtafdakıların diqqətini yayındırmamaq və onların baxışını dəyişməmək üçündür. Bunu çox ciddi və ajataj doğuran məsələ saymıram”-deyə, vurğulayıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları