Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 09:56:00
Dərslikləri hazırlayan şəxslərin fəaliyyətləri araşdırılmalıdır-Professordan TƏKLİF

 

 

 

“Dərslikləri yazan şəxslərin kimliyi araşdırılmalı, onların faiz nisbəti ortaya çıxarılmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  professor, Əməkdar elm xadimi  Fərrux Rüstəmov deyib.

 

Belə ki, son zamanlar təhsil sahəsində əsas mövzulardan biri dərsliklərdə olan problemlərdir.

 

Onlardan ən əsası isə dərsliklərin akademik üslubda yazılması və bunun da qavrama prosesində yaratdığı çətinliklərdir.

 

Fərrux Rüstəmov dərsliklərin hazırlanmasında müəllimlərin iştirakının vacib olduğunu dilə gətirib:

 

“Dərsliklərin yazılmasında universitet müəllimləri də iştirak edir. Lakin onları  hazırlayan şəxslərin yalnız akademik və ali təhsil müəssisəsi işçisi olması fikri yanlışdır. Bir dərsliyin ərsəyə gəlməsində 4-5 nəfər təmsil olunur. Buraya müəllim və tədqiqatçılar daxildir. Bütün dərsliklərdə orta məktəb müəllimləri və Təhsil İnstitutunun əməkdaşları da olur. Həmçinin, respublika elminə tövhə verən şəxslər də kitab çapında iştirka edirlər. Məktəb direktorları da dərsliklərin hazırlanmasında köməklik göstərir.

 

Azərbaycan dili dərsliyində bir nəfər akademikin olması mümkündür. Lakin digər şəxslər mütləq halda orta məktəb müəllimləri olmalıdır. Hazırda Təhsil İnstitutunda fəaliyyət göstərən Resurs Mərkəzi dərsliklərin hazırlanması ilə məşğuldur. Ümid edirəm ki, ciddi  problem varsa, o, gələcəkdə aradan qaldırılacaq. Cəmiyyətə layiq, məktəbə vacib olan yeni  nəsil dərslikləri hazırlanmalıdır”.

 

O, qeyd edib ki, dərsliklərdə olan problemlər üzə çıxırmalıdır:

 

“Dərsliklərdə olan problemləri araşdırmaq üçün tədqiqat aparmaq lazımdır. Kitabların yazılmasında rol oynayan şəxslərin kimliyi bilinməli, onların faiz nisbəti ortaya çıxmalıdır.

 

Dərsliklər komanda şəklində çap edilməlidir. Onun akademik məsləhətçisi, psixoloqu və rəssamı  olmalıdır. Hər şey ansambıl şəklində yerinə yetirilməlidir.

 

İndi hazırlanan dərsliklər kurikulum əsasında ortaya çıxarılır. Əgər standartlardan kənara enmələr varsa,  müəyyən problemlər olacaq. Amma həmin dərsliklər  standartlar əsasında yazılsa, ciddi problem olmayacaq. Zaman-zaman təkmilləşmələr gedir, gələcəkdə prosesin daha effektiv olacağını düşünürəm.

 

Dərsliklərdə olan əsas problemləri fənn müəllimləri deyə bilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları