Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 14:19:00
Azİİ e-Kitab Evinin fonduna yeni kitablar hədiyyə olunub

ADNSU Azİİ e-Kitab Evinin fonduna “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən kitablar hədiyyə olunub.

 

AzEdu.az xəbər verir ki, 2010-cu ildən etibarən həyata keçirilən bu layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.

 

Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycan xaricində faəliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.Maraqlananlar Azİİ e-Kitab Evinə müraciət edə bilərlər.

 

Kitabxanaya daxil olmuş yeni nəşrlər aşağıdakı kitablardır:

 

  1. Aşıq ədəbiyyatı antologiyası.Məhəbbət dastanları.Bakı 2017.
  2. Aşıq ədəbiyyatı antologiyası.Qəhrəmanlıq dastanları.Bakı 2017.
  3. Aşıq ədəbiyyatı antologiyası.Aşıq poeziyası.Bakı 2017.
  4. Mirzə Şəfi Vazeh.Bütün əsərləri.Birinci nəşr.Bakı 2019.
  5. Zəlimxan Yaqub.Seçilmiş əsərləri.Bakı 2020.
  6. Şamo Abbasov.Rəngkarlıq və qrafika.2021-ci il.
  7. Ələkbər Rzaquliyev.Rəngkarlıq və qrafika.2018-ci il.
  8. Tağı Tağıyev.Rəngkarlıq və qrafika.2019-cu il.