Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 10:33:00
Tələbələr üçün infosessiyaya keçirilib  

İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IdealHub” - özəl İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən ADNSU və UFAZ tələbələri üçün informativ sessiya keçirilib.

 

AzEdu.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Strategeast və EPAM qlobal İT şirkətlərinin “QA Engineer” və “Front-end Developer” istiqamətlərində tədris verən mentorları info-sessiyada proqramlaşdırmanın əhəmiyyəti və gələcək üçün müxtəlif perspektivlərdən danışıblar.

 

Qeyd edək ki, İT karyerasını qurmaq istəyənlər üçün, texniki bacarıqları öyrətmək və konsultativ yardım göstərmək məqsədilə təşkil edilir. 

 

“IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən təqdim edilən “Learn&Earn” proqramı beynəlxalq mütəxəssislər tərəfindən qlobal İT kursları təşkil etməklə yanaşı, kursu müvəffəqiyyətlə bitirən tələbələrə Azərbaycanı tərk etmədən, dünya üzrə 60 mindən çox əməkdaşı olan Amerikanın EPAM şirkətində gələcək karyeralarını qurmaq imkanını təklif edir. Kurslar müxtəlif platformalardan, testinq metodologiya və proqramçılar üçün olan təlimlərdən ibarətdir.