Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 10:18:00
BMU aliminin yeni dərs vəsaiti nəşr olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının dosenti Nəcəf Orucovun “Elektrik veriliş xətləri” adlı yeni dərs vəsaiti nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, kitab hava və kabel elektrik veriliş xətlərinə həsr edilib. Dərs vəsaiti ali təhsil müəssisələrinin Еlеktrik və elektronika mühəndisliyi, həmçinin   Enеrgеtika mühəndisliyi iхtisаsları üçün nəzərdə tutulub. Bununla yanaşı, dərslikdən energetika sahəsində çalışan mühəndis-texniki işçilər də istifаdə еdə bilərlər.

 

Dərs vəsaitinin elmi redaktoru BMU-nun adıçəkilən kafedrasının dosenti Qara Həsənov, rəyçiləri isə kafedranın dosenti Elçin Qurbanov və Azərbaycan Texniki Universitetinin Energetika  və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyevdir.