Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 12:18:00
“Dərslikləri alimlər deyil, müəllimlər yazmalıdır”-TƏKLİF

 

“Fikrimcə, PISA beynəlxalq qiymətləndirmə tədqiqatlarında nəticələrimizin aşağı olma səbəbi dərsliklərdir”.

 

AzEdu.az  xəbər verir ki, bunu təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Dərsliklərin Müstəqil Monitorinq Mərkəzinin müzakirəsində qeyd edib.

 

Mütəxəssis dərsliklərin tədris modelinə uyğun yazılmalı olduğunu bildirib:

 

“Məsələn, ədəbiyyat dərslikləri bizə sadəcə şeirləri əzbərlədirdi.Valideynlər də müəllimlərdən övladlarına şeir öyrətmələrini xahiş edirlər ki, məclislərdə səsləndirsinlər, hər kəs alqışlasın, onlar da qürurlansın. Düşünürəm ki, tədris necə aparılırsa, kitabın bölməsinin da buna uyğun yazılması daha arzuolunandır. Məsələn, dərslikdə fəal dərsin mərhələsi motivasiya ilə başlayırsa, deməli, bölmə də belə başlaya bilər. 5E modelinin ilk E-si uşağın diqqətini çəkməklə bağlıdır. Yəni nə isə əvvəldə olmaldır ki, o şagirdin diqqətini çəksin. İkincisi tədqiqata yönləndirmə, üçüncüsü müəllimin hər hansı bir izah verməsi ilə bağlıdır. Sonrakı mərhələdə müəllim və şagird əməkdaşlığının qurulması, şagirdə izah olunan mövzu ilə bağlı tapşırığın verilməsidir. Sonuncu  mərhələ isə nəticənin qiymətləndirməsidir. Bütün bunları bizim müəllimlərimiz onsuz da həyata keçirir. Sadəcə dərsliyin bölməsi də bu istiqamətdə yazılsa, daha yaxşı olar.

 

Qoşqar Məhərrəmov

 

Mütəxəssis dərsliklərin müəllimlər tərəfindən yazılmasını daha doğru hesab etdiyini qeyd edib:

 

“Düşünürəm ki, dərslikləri alimlər deyil, müəllimlər yazmalıdırlar. Vəsaitlər bir-iki nəfər tərəfindən yox, komanda tərəfindən ərsəyə gətirilməlidir. Təhsil İnstitutu ilə Sinqapur şirkəti arasında əməkdaşlığı təqdir edir və alqışlayırıq. Amma o da mükəmməl deyil, məzmun yenə də ağırdır.Məsələn, qurbağanın sinəsində neçə sümüyün olması qeyd olunur. Dünyada heç bir biologiya dərsində bunu əzbərlətmirlər. Bunu şagirdlər öyrənməməlidir, qurbağaları araşdıran mütəxəssislər öyrənirlər. Vəziyyət digər fənlərdə də eynidir. PISA-da nəticələrimizi yüksəltmək istəyiriksə, diqqətli olmalıyıq”.

 

Son olaraq o, -“Elə etməliyik ki, şagirdlər alqıları informasiyanı sorğulasınlar. Hər hansı bir mövzunu tənqid və təhlil etməyi bacarsınlar”-deyə, bildirib.