Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 16:36:00
Şəkidə ağır yol qəzası zamanı yaralanan müəllim və şagirdlərin son durumu AÇIQLANDI

5 iyun saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə

 

həmin avtobusda 16  şagird, 4 nəfər isə müəllim olub.

 

“Müəllimlər gəzintidə şagirdlərin valideyni qismində iştirak ediblər. Bir nəfər də sürücü olub. Qəza olduqdan sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, sonra isə   evə buraxılıblar. Lakin bir nəfərin müalicəsi həkim məsləhəti əsasında Şəki şəhərində davam edir. Onun Bakıya gətirilib-gətirilməməsi haqqında yaxın zamanda məlumat əldə edəcəyik. Bu şəxsin vəziyyəti dünən üçün normal qitymətləndirilmişdi”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları