Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 14:36:00
“Bu gün təqdim olunan dərsliklərin əksəriyyəti monopoliyadır”-TƏHLİL

 

“Kimin bir az maddi vəziyyəti yaxşıdır, təşəbbüslə çıxış edir, rəyləri alır, dərs vəsaitini çap etdirib müzakirəyə çıxarır”.

 

AzEdu.az  xəbər verir ki, bunu təhsil jurnalisti Məzahir Məmmədli Dərsliklərin Müstəqil Monitorinq Mərkəzinin müzakirəsində qeyd edib.

 

Jurnalist dərsliklərdəki mövcud problemlərin ciddiliyinə diqqət çəkib:

 

“Məktəb dərsliklərilə bərabər alternativ dərsliklər də var. Məsələn, kursların, Dövlət İmtahan Mərkəzinin ayrıca dərs vəsaitləri mövcuddur. Hərçənd ki, bunlar yardımçı vəsaitlərdir, amma bütün hallarda dərs vəsaiti hesab olunurlar. Çünki bu kimi məsələlər bir mərkəzdən qaynaqlanır. Həmin dərs vəsaitlərini tərtib edənlər də bizim universitetlərin məzunlarıdır. Necə olur ki, bu vəsaitlər müəllifsizdir və kifayət qədər keyfiyyətlidir, amma bizim mütləq müəllifi qeyd olunan dərsliklərimiz bərbad vəziyyətdədir və ciddi çatışmazlıqlar var. Dərslik müəllifi var ki, 25 ildir parlamentdə oturur, ictimai-siyasi xadimdir,eyni zamanda böyük bir müəssisənin rəhbəridir. Yəni bu insan nə zaman vaxt tapıb dərslikləri müəllimlərlə müzakirə etdi, hər hansı yenilik və təşəbbüslə çıxış etdi maraqlıdır. Yəqin ki, bu fiziki baxımdan mümkün deyil, vaxt çatmaz”.