Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 15:45:00
Hazırda müəllim olanlar MİQ-də  iştirak edə bilərmi?-Rəsmi CAVAB

 

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

 

Namizədləri maraqlandıran əsas məsələlərdən biri də  hazırda müəllim olanların müsabiqədə iştirak edib-etməyəcəyi ilə bağlıdır.

 

AzEdu.az xəbər verir ki, son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.

 

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları