Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 11:44:00
Texnologiyadan sertifikasiyaya bu mövzulardan suallar salınacaq

 

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

 

AzEdu.az məlumat verir ki, kitabçada Texnologiya üzrə qeyd olunan mövzular aşağıdakı kimidir:

 

1.Emal texnologiyaları

 

  • Oduncağın emalı texnologiyası
  • Metalın emalı texnologiyası
  • Ağac və metalın bədii emalı texnologiyası
  • Ərzaq (qida) məhsullarının emalı texnologiyası
  • Parçanın emalı texnologiyası və naxıştikmə
  • Parçadan hazırlanmış məmulatlara qulluq texnologiyası
  • Konstruksiya materiallarından məmulatların hazırlanma texnologiyası
  • Plastik kütlə və ondan məmulatların hazırlanma texnologiyası

 

  1. Texnika elementləri

 

  • Elektrotexniki işlər
  • Texnoloji maşın, mexanizm, cihaz, dəzgahların quruluşu və iş prinsipi
  • Elektron texnologiyalar

 

  1. Məişət mədəniyyəti

 

  • Davranış və ünsiyyət mədəniyyəti
  • Sadə təmir işləri
  • Yaşayış yerinin interyerinin formalaşdırılması
  • Plastik kütlədən olan pəncərələrin konstruktiv elementləri və təmiri texnologiyası
  • Tərəvəzlərin və meyvə ağaclarının becərilməsi və meyvələrin saxlanma texnologiyası
  • Ev heyvanlarına qulluq texnologiyası və ev quşlarının bəslənməsi və yem tədarükü texnologiyası

 

  1. Qrafika

 

  • Qrafik savad elementləri
  • İnsan həyatında texnologiya. Məmulatın hazırlanması mərhələləri
  • Məmulatın qrafik təsviri. Ölçmə və nişanlama alətləri
  • Məmulatların konstruksiya edilməsi. Düzbucaqlı və müxtəlif formalı detalların çertyoju
  • Quraşdırma elementləri və yuvarlaq səthli detalları olan məmulatların spesifikasiyası və çertyojunun oxunması
  • Müxtəlif birləşmələri olan məmulatların yığma çertyoju. Spesifikasiya