Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 10:52:00
Yeni dərsliklərin yazılması nəyi dəyişəcək?-Professordan AÇIQLAMA

“İdeal dərsliyin yazılması heç nəyi dəyişməyəcək”.

 

Bunu AzEdu-nun nəznində Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin ilk iclasında pedaqoq, professor Fərrux Rüstəmov deyib.

 

O, qeyd edib ki, müəllimlərin maaşlarının artırılması belə istənilən nəticəni verməyəcək:

 

“Bütün cəmiyyət pedaqojiləşməlidir. İnsanlar təhsilə hörmətlə yanaşmalıdır. XX əsrin əvvəllərində ölkəmizdə dərslik yox idi. Lakin həmin dövürdə Cəlil Məmmədquluzadə, Müslüm Maqamayev, Üzeyir Hacıbəyov kimi dahilər yetişdi. Riyaziyyat dərsliyini Üzeyir Hacıbəyov yazmışdı. Dərsliklərin bir çox çətinlikləri var, bu, bizim dövrümüzdə də mövcud idi”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları