Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 17:42:00
AzTU tələbələri Sənaye və İnnovasiyalar üzrə BDPTM-in təlimlərində iştirak edir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbələri BDPTM-in təlimlərində iştirak üçün imtahan verib. Uğurlu nəticə göstərən tələbələr təlimlərdə iştirak hüququ qazanıb.

 

AzEdu.az xəbər verir ki, "Sənayedə mühərriklərin quraşdırılması və PLC ilə idarə olunması" mövzusunda  keçirilən təlimlərin sonunda tələbələrə sertifikat təqdim olunacaq.

 

Qeyd edək ki, təlimlər davam edir.