Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 16:30:00
60 aktiv xəstə var - Ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 792 638 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 890, hazırkı dövrədək isə 6 838 458 test aparılıb.