Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-09 12:16:00
Birinci sinifə qəbul prosesi, vacib detallar, problemlər-Təhsil İcmalı

 

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  2-8 may tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Birinci sinfə qeydiyyat başlanılır:

 

4 may saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

 

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

Doktoranturaya sənəd qəbulunun vaxtı uzadılıb:

 

Proses 10 may saat 23.59–da bitəcək.

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər.

 

Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq.

 

Bu il birinci siniflərə qəbul üzrə müsahibələr əyani formada keçiriləcək:

 

Pandemiya səbəbindən ötən il müsahibələr onlayn formada aparılıb. Bu il proses canlı olacaq. Müsahibələr üçün qeydiyyat mayın 10-dan 31-dək davam edəcək.

 

Bu ildən məktəbəqədər təhsil üzrə qeydiyyat da vahid sistem üzərindən, onlayn elektron qeydiyyat formatında həyata keçiriləcək.

 

DİM dövlət qulluğu üzrə test imtahanı keçirəcək:

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci il mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları