Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 11:35:00
AMEA-ya yalnız bu adam prezident olmalıdır - Sabiq Təhsil naziri  

 

 

“AMEA və Təhsil Nazirliyi birləşməməlidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq Təhsil naziri Firudin Cəlilov deyib.

 

Belə ki, son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin kim olması məsələsi gündəmdədir.

 

Firudin Cəlilov məsələ ilə bağlı fikirlərini ifadə edib:

 

“AMEA elm insanlarının toplandığı yaradıcılıq mərkəzidir. Burada alimlərlə işləyən, onların qədrini bilən, Azərbaycan elminə dəyər verən şəxs  prezident vəzifəsini icra etməlidir. Vacib deyil ki, həmin insan qoca olsun, o cavan da ola bilər. Önəmli olan odur ki, həmin şəxs elmimizə dəyər verə bilsin. AMEA-nın vəziyyəti getdikcə pisləşir. Burada bir çox mənfi hallar müşahidə edilir. Kadr dəyişikliyi aparmaq olduqca vacibdir, onun sistemi yenilənməli və inkişaf etməlidir”.

 

Sabiq nazir elm və təhsil arasındakı əlaqədən söz açıb:

 

“Elm və təhsil qarşılıqlı inteqrasiya şəklində fəaliyyət göstərməlidir. Onları bir-birindən ayırmaq olmaz. Qanunvericilik o şəkildə hazırlanmalıdır ki,  elm və təhsilin kordinasiyası  bir-birini tamamlaya bilsin və sıx əlaqəni təmin etmək mümkün olsun. Magistrlar  akademiyada təcrübə prosesində iştirak etməli, müəyyən laboratoriyalarda işləməyi öyrəməlidir. Həmçinin, tələbələr AMEA-da mütəxəssislərin rəyi əsasında elmi iş yazmalıdır. Tanınmış akademiklər universitetlərdə dərs deməli və təcrübələrini bölüşməlidir. Bu cür əlaqələrin güclənməsi vacibdir. Lakin hazırda AMEA sistemində həmin nüanslar  mövcud deyil.

 

Düşünürəm ki, Təhsil Nazirliyi ilə AMEA-nın birləşdirilməsi effektiv addım olmayacaq. Çünki  hər ikisi çox ağır sahələrdir. Bir insan həm nazirlik, həm də elm sahəsi olan AMEA-nı fiziki baxımdan idarə edə bilməz. Çünki hər iki tərəfin ciddi problemləri var. Lakin bu, o demək deyil ki, əlaqələr kəsilsin, onlar inteqrasiyalı şəkildə inkişaf etməlidir. Elə mexanizim qurulmalıdır ki, struktur özü işləyə bilsin”.

 

O, həmçinin AMEA-nın prezidenti postunda kimi görmək istədiyi haqqında da fikir bildirib:

 

“AMEA prezidenti olaraq konkret ad  çəkə bilmərəm, bu, etik olmazdı. Həmçinin, fəaliyyətləri ilə yaxından tanış deyiləm, yaxşı olardı ki, özləri  seçim əsasında prezidenti müəyyən etsinlər”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları