Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 11:46:00
Birinci sinifə qəbulda müsahibə mərhələsinin müddəti UZADILDI

“Azərbaycan bölməsi üzrə müsahibələr 14 sentyabra kimi davam edəcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Orxan Abbasov nazirliyin “Təhsil masası” proqramında deyib.

 

 O, qeyd edib ki, 31 mayda müsahibə mərhələsi bitir:

 

“Lakin üzürlü səbəbdən 10-31 may tarixində müsahibələrdə iştirak edə bilməyənlər səbəbi bildirərək 14 sentyabra kimi müsahibə mərhələsindən keçə bilərlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları