Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 16:10:00
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub  

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ictimaiyyətə təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, bununla əlaqədar olaraq Yevlax Rayon Təhsil Şöbəsinin inzibati binasında tədbir keçirilib.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovu Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli ictimaiyyətə təqdim edib.

 

Mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin rəsmiləri, regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.



Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.