Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 17:06:00
Azərbaycan dilindən imtahan verəcək şagirdlərin nəzərinə  

Dövlət İmtahan Mərkəzi mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı təşkil ediləcək.

 

Cari ilin IX və XI sinif şagirdlər və əvvəlki illərin məzunları DİM-in saytında yerləşdirilmiş müvafiq linklərdən imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

İştirakçılar imtahana aşağıdakı qeyd edilən sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).