Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 14:17:00
BDU-da Günəş küləyinin tədqiqinə dair elmi seminar  

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika və Astrofizika kafedralarının “Anizotrop Günəş küləyi və onun tədqiqi” mövzusunda birgə seminarı olub.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

Seminarda Nəzəri fizika kafedrasının dosenti Mirnamik Bəşirov mövzu üzrə məruzə ilə çıxış edib.

M.Bəşirov Günəş küləyinin Yerdə canlı aləmə, rabitə sisteminə, elektromaqnit qurğu, cihaz və obyektlərin işinə təsirinin tədqiqinin aktual olduğunu göstərib, 16 momentli maqnithidrodinamik (MHD) köçürmə tənliklərinin bazası əsasında istilik seli nəzərə alınmaqla Günəş küləyinin Parker modelinin anizotrop plazma ümumiləşdirilməsi üzrə apardığı tədqiqatların nəticələrini diqqətə çatdırıb. Qeyd edilib ki, radial və perpendikulyar istilik axınları nəzərə alınmaqla anizotrop Günəş küləyi üçün alınan və saxlanma qanunlarına əsasən yazılmış tənliklər stasionar hal üçün tədqiq olunub və müxtəlif inteqral sabitləri daxil etməklə günəş küləyinin radial sürətini, istilik hərəkətinin radial və perpendikulyar sürətini xarakterizə edən kəmiyyətlər arasında diferensial tənliklər alınıb.

Rektor E.Babayev mövzu ilə bağlı maraqlı məqamlara toxunaraq, Günəş küləyini xarakterizə edən diferensial tənliklərin ümumi həllinin tapılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.